Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
Polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Naxçıvan şəhəri, Xətai məhəlləsi, Ordubad rayonunun Kotam və Xanağa kəndləri, Kəngərli rayonunun Yeni Kərki kəndi və “Sement zavodu” adlanan ərazilərində hərbi sursatların aşkar edilməsi barədə daxil olan məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerlərinə cəlb edilib.
"Şərq qapısı" xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların, ümumilikdə, 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 120 mm-lik top mərmisi, 3 ədəd 40 mm-lik RPQ-7V qumbaraatan mərmisi, 4 ədəd RPQ-7 qumbaraatanın aparıcı qüvvəsi və təlim üçün nəzərdə tutulmuş 1 ədəd RQD-5 olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Əlavə axtarışlar zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər xəbərlər