“Mənim hüquqlarım, mənim gələcəyim” mövzusunda maa...
22:04 20.02.2025
0
0
0
Yağıntı və güclü külək gözlənilir
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, fevralın 19-u axşam saatlarından 22-dək bölgədə hava şəraiti dəyişəcək. Bu müddət ərzində fasilələrlə yağıntılı hava müşahidə olunacaq, bəzi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal edilir.
Bəzi bölgələrdə küləkli hava şəraiti üstünlük təşkil edəcək. Qərb küləyinin sürətinin 5-10 m/s, bəzi yerlərdə isə 15 m/s-dək güclənəcəyi gözlənilir. Sakinlərə hava şəraitinə uyğun tədbirlər görmələri və ehtiyatlı olmaları tövsiyə edilir.
Digər xəbərlər