Ərdoğan İtaliya Prezidenti və Baş nazirini Türkiyə...
17:30 29.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Şərq qapısı”na verilən məlumata görə, dünən gecə saatlarında bölgədə güclü külək müşahidə olunub.
Küləyin ən yüksək sürəti Şərur rayonunda qeydə alınıb – burada külək saniyədə 15-20 metrə çatıb. Digər bölgələrdə də küləkli hava şəraiti təsirini göstərib: Culfa rayonunda 13-18 m/s, Parağaçayda 17 m/s, Şahbuz rayonunda 14 m/s, Naxçıvan şəhərində isə 10 m/s-ə qədər güclənib.
Əsən güclü külək dam örtüklərinə ziyan vurub. Hidrometeorologiya Mərkəzi bölgədə hava şəraitinin dəyişkən olduğunu bildirərək əhalini ehtiyatlı olmağa çağırıb.
Digər xəbərlər