Baş direktor: Bakı limanında yükaşırmanın 120 min ...
22:10 12.05.2026
0
0
0
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvanda həyata keçirilən ginekoloji müayinə aksiyasının ilk günü başa çatıb.
“Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də təşkil olunan aksiya çərçivəsində sakinlər tanınmış mama-ginekoloqlar – tibb üzrə fəlsəfə doktoru Günay Xəlilova və tibb elmləri namizədi İlham Qafarov tərəfindən müayinə olunublar.
Aksiyanın əsas məqsədi qadın sağlamlığının qorunması, ginekoloji xəstəliklərin erkən aşkarlanması, reproduktiv sağlamlıq sahəsində maarifləndirmənin gücləndirilməsi və əhaliyə ixtisaslaşmış tibbi xidmətin əlçatanlığının artırılmasıdır.
İlk gün ərzində, ümumilikdə, 10 nəfər qadın müayinədən keçirilib, onlara tibbi məsləhətlər verilib, zəruri hallarda əlavə müayinə və müalicə istiqamətində yönləndirmələr aparılıb.
Qeyd edək ki, aksiya 12-14 may 2026-cı il tarixlərini əhatə edir və hər gün saat 10:00-dan 15:00-dək davam etdirilir. Müayinələr “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də həyata keçirilir.
Digər xəbərlər