NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanda gənclər üçün şəxsi inkişaf təlimləri təşkil olunub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı üçün tədbirlərin təşkilini də davam etdirməkdədir. 

Noyabrın əvvəllindən etibarən könüllü gənclər və Naxçıvan Hərbi Kollecinin kursantları üçün natiqlik və motivasiya təlimləri keçilib. Bakı şəhərindən dəvət olunmuş təlimçi Nərmin Allahverdiyevanın təqdimatında “Söz səndədir, danış!” adlı təlimdə gənclərə diksiya, ritorika, bədən dili, auditoriya qarşısında çıxış, ümumilikdə, səlis nitq qabiliyyətinin formalaşdırılması texnikalarından bəhs olunub. İştirakçılara ötürülən nəzəri biliklər praktikada sınaqdan keçirilib, məşq proqramı barədə məlumat verilib. Təlimlərdə, həmçinin uğura gedən yol və bu istiqamətdə maneələrin aradan qaldırılması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.

Nəşr edilib : 14.11.2024 14:25