NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Naxçıvanda fond tərəfindən ödənilən vəsaitin həcmi açıqlanıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-dekabr ayları ərzində 1.088277 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub: 
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 192 nəfərə 137.406 manat, 
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 336 nəfərə 716.530 manat
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 23 nəfərə 183.704 manat
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 3 nəfərə 10.300 manat
Digər istiqamətlər üzrə - 40.337 manat

Nəşr edilib : 15.01.2025 12:29