NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvanda fərqlənmə attestatı ilə bitirən məzunların sayı ötən illə müqayisədə IX siniflər üzrə 47, XI siniflər üzrə isə 8 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası ümumi təhsil müəssisələrində məzunlara attestatların verilməsinə başlanılıb. 
Qeyd edək ki,  2024-2025-ci tədris ilində muxtar respublikanın təhsil müəssisələrinin IX siniflərini 4752, XI siniflərini isə 3992 məzun bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 196, tam orta təhsil səviyyəsi üzrə isə 277 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub. 

Fərqlənmə attestatı ilə bitirən məzunların sayı  ötən illə müqayisədə ümumi orta təhsil səviyyəsi üzrə 47, tam orta təhsil səviyyəsi üzrə isə 8 faiz artıb.

Nəşr edilib : 24.06.2025 09:42