NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvanda əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə cari ilin 8 ayında 4185 elektron xidmət göstərilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 3307 və ya 4,8 dəfə çox olub.

Nəşr edilib : 12.09.2024 15:11