NAXÇIVAN :

30 Noyabr 2024, Şənbə

Naxçıvanda əmək intizamını və “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozan müəllim vəzifəsindən azad olunub

...

Sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılıb.
"Şərq qapısı" xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzürlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə  pozub.
Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etk davranış Qaydaları”nın tələblərini  pozması səbəbindən  məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə  təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə  bağlanan əmək müqaviləsinə xitam verilib.
Eyni zamanda məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq  elan edilib.

Nəşr edilib : 04.10.2024 14:11