NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

...

Cari ilin yanvar-avqust ayları ərzində Naxçıvanda vergi orqanlarına, ümumilikdə, 1.106 müraciət daxil olub ki, onların da 91,8 faizini ərizələr, 8,1 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, müraciətlərin 99,4 faizinin baxılması 2024-cü ilin 8 ayı ərzində başa çatdırılıb, 0,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,6 faizi həll olunub, 2,5 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib. 2024-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən, ümumilikdə, 73 vətəndaş qəbul olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Nəşr edilib : 23.09.2024 18:33