NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Naxçıvanda Dövlət Proqramı əsasında 500 mənzillik yeni yaşayış kompleksi tikilir

...

Muxtar respublikada ötən ilin sentyabrından başlanan “Yaşıl ada evləri” yaşayış kompleksinin inşaat işləri davam etdirilir. 500-dən artıq mənzildən ibarət olacaq  binanın inşaat işləri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası  istiqamətində aparılır. Kompleks Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində 3,7 hektar ərazini əhatə edir. Beş binanın hər biri 9 blok 10 mərtəbədən ibarət olacaq.  Kompleksin  ərazisində yeraltı avtodayanacaqlar, ticarət və digər məqsədlər üçün obyektlər, uşaqlar və böyüklər üçün istirahət guşələri  yaradılacaq.   
Hazırda soyuq qış ayları olmasına baxmayaraq tikinti işləri davam etdirilir. Əraziyə 40-dan çox inşaatçı cəlb olunub.
Məlumat üçün bildirək ki, yaz aylarından başlayaraq kompleksin ərazisində işlərin daha da sürətləndirilməsi üçün işçi sayı 2 dəfə artacaq. Bu isə əhalinin məşğulluğuna töhfə verəcək. 

Bülbül Quliyeva

Nəşr edilib : 22.01.2025 12:41