NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 8 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, bu ilin yanvar–avqust aylarında 94 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 57-si qeyri-yaşayış sahələrinə, 37-si isə torpaq sahələrinə aid olub.
Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə bu ilin 8 ayı ərzində 249 min manatdan artıq vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2 faiz çoxdur.

Nəşr edilib : 11.09.2024 15:00