Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2025, Şənbə
Oktyabrın 29-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə doğum günü oktyabr ayında olan şəhidlərin anım tədbiri keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan doğum günü oktyabr ayında olan şəhidlərlə bağlı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən 36 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretlərini səhnədə nümayiş etdiriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək bildirib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin siyasi iradəsi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız düşməndən azad edildi. Azərbaycan Ordusu öz missiyasını ləyaqətlə yerinə yetirdi, ərazi bütövlüyümüz təmin olundu. Ölkəmizdə yaranmış xalq-ordu-rəhbər birliyi nəticəsində tarixi ədalət bərqərar oldu.
Elşad Əliyev diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Əsas məqamlardan biri odur ki, müharibə xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan – ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Ali Baş Komandanın – cəsur və məğrur Sərkərdə kimi xalqın arasında, şəhid ailələrinin və qazilərin yanında olması da Azərbaycan əsgərinin, zabitinin döyüş ruhunu artırdı, onlara əlavə güc və inam bəxş etdi.
Hər bir valideyn üçün əsl fəxarət mənbəyidir ki, bu gün böyütdükləri vətənpərvər övladları ilə xalqımızın qəhrəmanlıq ənənələrini davam etdirirlər, – deyən Elşad Əliyev bu gün Vətən torpağına kürəyimizi əminliklə söykəyib, onun havasını udub, suyunu içiriksə, bu, Naxçıvandan Şuşayadək şərəfli döyüş yolu keçən şəhidlərimizin xalqımıza böyük bir hədiyyəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, şəhidlərimiz üçün ən böyük abidə onların bizə bəxş etdiyi azad Şuşa, Xankəndi, Xocalı, Qarabağdır. Xalqımız və dövlətimiz onların qəhrəmanlıqlarına böyük dəyər verir, Vətən oğullarının bizə əmanət etdiyi bu torpaqlarda geniş quruculuq işləri reallaşdırır. Soydaşlarımız doğma Şuşaya, Laçına, Zəngilana qayıdır. Bütün bu uğurları qəhrəman oğullarımızın şücaəti sayəsində əldə etmişik. Dövlətimiz və xalqımız onların qəhrəmanlıqlarını unutmur, şəhidlərimizin xatirəsini daim əziz tutur.
Elşad Əliyev şəhidlərə Allahdan rəhmət diləyib, onların valideynlərinə səbir və qazilərə cansağlığı arzulayıb.
Mərasimdə şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və şəhid Elvin Məmmədovun atası Etibar Məmmədov çıxış edərək Azərbaycanı yenidən bütövləşdirib dünyaya tanıdan övladlarının xatirəsinə göstərilən ehtirama görə razılıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının “Belkanto” vokal qrupu ilə birgə hazırladığı “Sən candan keçdin ki, el zəfər çalsın” adlı kompozisiya nümayiş etdirilib.
Digər xəbərlər