NAXÇIVAN :

22 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

...

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Araz Yusifov saxlanılıb. 

Faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 
A.Yusifovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Nəşr edilib : 22.04.2025 16:52