NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb

...

Babək rayon Gülşənabad kəndində fəaliyyət göstərən Zeynalov Məhərrəm Abbasəli oğluna məxsus “Körpü” kafesində Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.
"Şərq qapısı" xəbər verir ki, qida obyektində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların təmiz saxlanılmadığı, ətin müvafiq müşahidəedici sənədlərinin təqdim edilmədiyi, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin dövri tibbi müayinələrə cəlb olunmadığı və şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması təmin olunana qədər kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Nəşr edilib : 21.05.2025 19:26