NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Naxçıvanda büdcə daxilolmaları 100 milyon manata yaxın artıb

...

2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib. 
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı  dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır. 
2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya  72,6 faiz artıb.

Nəşr edilib : 08.01.2025 13:01