NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda bu ilin 3 ayında 50 qida obyektində ciddi pozuntular aşkarlanıb

...

2026-cı ilin ilk üç ayı ərzində muxtar respublika ərazisində Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 68 yoxlama həyata keçirilib və əksər qida obyektində pozuntular aşkar edilib.

Bu barədə "Şərq qapısı"na Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Qeyd edilib ki, yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində,  5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektində, 2-si məktəb bufetində, 3-ü aptekdə, 15-i isə emal müəssisələrində aparılıb. Ən çox pozuntular emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alınıb, bu səbəbdən qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb. Planlı və plandankənar yoxlamalar zamanı 50 qida obyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbehvermə qərarı qəbul edilib.

Nəşr edilib : 09.04.2026 10:08