Türkiyədə bina uçub, dağıntılar altında qalanlar v...
22:24 24.01.2025
0
0
0
NAXÇIVAN :
25 Yanvar 2025, Şənbə
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biri məhkəmə qərarlarının qanunvericiliyə uyğun olaraq tam və vaxtında icrasını təmin etməkdir. Nazirliyin 2025-ci il üçün Fəaliyyət Planına uyğun olaraq aidiyyəti şöbə və bölmələr yerli icra və probasiya qurumlarına köməklik göstərir və icradan yayınma hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər həyata keçirir.
"Şərq qapısı" xəbər verir ki, bu çərçivədə növbəti tədbir Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında təşkil olunub. Tədbirdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə borclular, eləcə də azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslər iştirak edib.
Tədbiri İstintaq Bölməsinin rəisi Asət Mirzəyev açaraq Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamını iştirakçılara xatırladıb. O, həmçinin borcluların hüquqları və öhdəlikləri barədə məlumat verib.
Çıxış edən digər natiqlər – İcra Şöbəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Rahib Səfərov və Probasiya Şöbəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Yunis Məmmədov – öz sahələrinə dair mövzuları diqqətə çatdırıblar.
Tədbirdə qeyd olunub ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Borcluların qərəzli şəkildə məhkəmə qərarlarını icra etməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.
Eyni zamanda, probasiya nəzarətində olan məhkumların cəza müddətində davranışlarının diqqətdə saxlanıldığı, onların tərbiyəvi tədbirlərdə fəal iştirakı və müsbət xüsusiyyətlərinin nəzərə alınaraq həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər