Naxçıvanda “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” ...
18:43 09.05.2025
0
0
0
"Naxçıvanda keçirilən “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub və “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilib"
Bu sözləri "Şərq qapısı" qəzetinə açıqlamasında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova deyib. O bildirib ki, tədbirdə 30-dan artıq nəşriyyat iştirak edir: "Ziyarətçilərə 30 mindən çox kitab təqdim olunub. Kitabsevərlər, ziyalılar, xeyriyyəçilər və yazıçılar bir araya gəlib. Oxu mədəniyyətini təbliğ edən şəxslər bu festivalda fəal iştirak edirlər".
Qeyd edək ki, festival çərçivəsində bu gün tanınmış yazıçılarla “Oxu saatları” təşkil olunacaq. Növbəti günlərdə isə imza günləri, panel müzakirələr və seminarlar keçiriləcək. Orxan Şahbazov və Ülviyyə Tapdıq da öz seminar və görüşləri ilə iştirak edəcəklər. Belə ki, 10 may axşam saatlarında konsert proqramı təşkil olunacaq və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
Sərgi həm yerli əhalinin, həm də regiondan gələn qonaqların böyük marağına səbəb olub və növbəti günlərdə də davam edəcək.
Aidə İbrahimova
Digər xəbərlər