NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvanda birinci siniflər üçün rus bölməsinə qeydiyyat prosesinə start verilib

...

Bu gündən Naxçıvanda 2025-2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib.
 
Valideynlər 12-20 may tarixlərdə birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər. 

Müsahibə mərhələsi 19-31 may tarixlərdə təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun-12 sentyabr tarixlərdə təşkil olunacaq.

Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar  Şəhər- rayon Təhsil Şöbələrində yaradılan  alternativ qeydiyyat mərkəzlərinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 çağrı mərkəzinə və Naxçıvan regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Nəşr edilib : 12.05.2025 11:00