6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenid...
10:33 14.10.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Qlobal Ekologiya Fondunun (QEF) 8-ci maliyyə dövrü çərçivəsində biomüxtəlifliyin qorunması layihəsi üzrə nümayəndə heyəti ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Zəngəzur Milli Parkının maddi-texniki bazasının gücləndirilməsi, müasir idarəetmə yanaşmalarının tətbiqi, yanğın təhlükəsizliyinin təmin edilməsi, eləcə də nəzarət-buraxılış məntəqələrinin yaradılması və rəqəmsal ödəniş sistemlərinin tətbiqi məsələləri müzakirə olunub.
FAO-nun nümayəndəsi Güllü Hüseynova layihənin milli parkın idarəetmə imkanlarının artırılması və biomüxtəlifliyin qorunması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Digər xəbərlər