Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademi...
21:47 06.06.2025
0
0
0
Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarında 254 136 hesab olub.
"Şərq qapısı" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Bu, 2024-cü il mayın 1-nə nisbətən 0,7 % azdır.
Bank hesablarının 185 181-i cari, 67 245-i kredit, 1 710-u isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 8,7 % çox, 20,3 % az və 38,7 % çoxdur.
Bank hesablarının 3 668-i hüquqi, 250 468-i isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,6 % və 0,7 % azdır. Fiziki şəxslərin hesablarının isə 21 779-u fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 23 % azalma deməkdir.
Bu il yanvar-may aylarında muxtar respublikada 22 426 yeni bank hesabı açılıb ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 25,6 % çoxdur. Yeni hesabların 346-sı hüquqi, 22 080-i isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,4 dəfə az və 30 % çoxdur. Yeni açılan fiziki şəxslərin hesablarının 2 592-si isə fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 16,2 % azalma deməkdir.
Hazırda Naxçıvanda 7 bank (“Naxçıvanbank” ASC və 6 bankın filialı - “Kapital bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Access Bank” QSC və “Rabitə Bank” ASC), 3 bank olmayan kredit təşkilatlarının filialları (“FİNKA Azərbaycan” MMC və “Aqrarkredit” QSC) və 1 kredit ittifaqı “Bərəkət Kredit İttifaqı” MMC fəaliyyət göstərir.
Digər xəbərlər