Naxçıvan Muxtar Respublikasında noyabr ayının 27-n...
23:54 26.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2022-ci il təvəllüdlü azyaşlı mənzilin giriş qapısının kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalan 2022-ci il təvəllüdlü uşağı xilas ediblər.
Digər xəbərlər