Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Süleyman Neymətov və nazirliyin kollektivi Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Kollektiv Şəhidlər xiyabanında da olub, torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmətlə anıblar.
Muxtar respublikanın rayonlarında da Polis günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə rayon icra hakimiyyətlərinin, polis idarə və şöbələrinin rəhbər heyətləri və əməkdaşları, eləcə də veteranlar iştirak ediblər. İştirakçılar Ulu Öndər Heydər Əliyevin rayon mərkəzlərində ucaldılmış abidələrini ziyarət edib, önünə gül dəstələri düzüblər. Həmçinin Şəhidlər xiyabanları və abidə kompleksləri də ziyarət edilib, xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Tədbirlərdə çıxış edənlər Azərbaycan polisinin xalqın inam və güvənc yeri olduğunu bildirib, təbriklərini çatdırıblar.
Tədbirlərdə xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri diplomlar təqdim olunub.
Digər xəbərlər