NAXÇIVAN :

18 May 2025, Bazar

Naxçıvanda "Araz-Naxçıvan"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazanması münasibətilə avtoyürüş təşkil olunub

...

"Şərq qapısı" xəbər verir ki, Misli Premyer Liqasında XXXV tur çərçivəsində muxtar respublikanın "Araz-Naxçıvan" komandası səfərdə "Şamaxı"ya qalib gəlib – 1:0. Bununla xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatını qazanmaqla tarixində ilk dəfə Avropa kuboklarına vəsiqə qazanıb. "Qırmızı ağlar" Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Bu münasibətlə oyundan sonra Naxçıvanın küçə və prospektlərində komandaya dəstək məqsədilə avtoyürüş keçirilib.

Nəşr edilib : 17.05.2025 20:42