NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40,5 faiz artıb

...

Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 40,5 faiz artaraq 21 min 778, aktiv ƏDV ödəyicilərinin sayı isə 28 faiz artaraq 548 olub. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 13,1 faiz artaraq 6 min 25 təşkil edib.

Nəşr edilib : 13.01.2025 15:06