NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Naxçıvanda 7 yaş qrupu üzrə ölkə çempionatına start verilib

...

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 7 yaş qrupu üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunlarına start verilib.

"Şərq qapısı" xəbər verir ki, əvvəlcə açılış mərasimi keçirilib. Naxçıvan şəhər stadionunda təşkil olunan tədbirdə federasiyanın vitse-prezidenti Elşən Abasov liqalarda iştirak edən futbolçulara uğurlar arzulayıb, bu cür yarışların bölgədə futbolun kütləviliyinin artırılmasına, perspektivli gənclərin üzə çıxarılmasına və gələcəkdə futbolumuza qazandırılması baxımdan fayda verəcəyinə yardım edəcəyini bildirib.

Topa ilk toxunuşu futbol veteranları Arif Xudiyev və İlham Məmmədov ediblər.

Daha sonra U-16 Liqası çərçivəsində "Şərur Arpaçay" və "Araz-Naxçıvan" komandaları qarşılaşıb. Oyun Şərur komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aprelin 20-də başa çatacaq U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqalarında, ümumilikdə, 42 komanda və 650-yə yaxın futbolcu iştirak edir.

Oyunlar 5 stadionda - Naxçıvan Muxtar Respublika Stadionu, Uzunoba təlim-məşq bazası, Sədərək, Ordubad stadionları və Şərur Olimpiya İdman Kompleksində təşkil olunur.

U-13, U-14, U-15 və U-16 liqalarının qalibləri Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin pley-off mərhələsində mübarizəni davam etdirəcək. Oyunları muxtar respublikadan olan hakimlər idarə edirlər.

Qeyd edək ki, iştirakçı komandaların hamısı NFF tərəfindən oyun formaları, inventarlar və məşq meydançaları ilə təmin olunub, futbolçuların qeydiyyatı aparılıb.

Nəşr edilib : 03.04.2025 17:36