Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının...
17:01 14.08.2026
0
0
0
Naxçıvanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların sayı artıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, 2025-2026-cı tədris ilində qəbul imtahanlarında 600-700 intervalında bal toplayan məzunların sayı əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artaraq 112 nəfər olub.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində bu göstərici 101 nəfər təşkil edib.
Məzunların qəbul imtahanlarında yüksək nəticələr göstərməsi onların ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul imkanlarını daha da genişləndirib.
Digər xəbərlər