Azərbaycan güləşçisi Avropa çempionu olub
22:47 12.07.2026
0
0
0
NAXÇIVAN :
12 Iyul 2026, Bazar
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
"Şərq qapısı" xəbər verir ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 32 min 126 zəng dахil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb.
Daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 114 yanğın hadisəsinə çıxış olub. 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 9 müxtəlif ərazidə döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.
İntensiv yağışlar nəticəsində su basmış, ümumilikdə, 12 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Yanğın təhlükəsizliyi təmin olunması məqsədilə 1077 obyektdə yoxlamalar aparılıb. 224 obyektdə texniki təhlükəsizliyə əməl olunmasına nəzarət olunub. 423 inzibati və yaşayış binasının zirzəmisində monitorinq aparılıb. Müxtəlif tikinti obyektlərində, ümumilikdə, 451 nəzarət funksiyası icra edilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 8 min 37 nəfərin iştirakı ilə silsilə tədbirlər, seminarlar və məşqlər keçirilib.
Digər xəbərlər