Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxal...
17:19 21.11.2024
0
0
0
Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 400 milyon 89 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,1 faiz azdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, sənaye məhsulunun 355 milyon 227 min 700 manatı və ya 88,8 faizi malların, 44 milyon 861 min 400 manatı və ya 11,2 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,5 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Digər xəbərlər