COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüsl...
23:28 14.11.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Bayramov İlqar Süleyman oğlu sirkə turşusu içib. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
İlkin məlumata görə, İ. Bayramov bu gün yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Hüseynəliyev Hüseynalı Vidadi oğlunun bibisi oğludur. Dəfn mərasimindən sonra o, evə gedib və sirkə turşusu içib.
Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər