NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Nehrəm yolunda baş verib. 75-BJ-446 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BF-986 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobil toqquşub. Qəza zamanı Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəllüdlü Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.09.2024 19:20