NAXÇIVAN :

26 Mart 2025, Çərşənbə

Naxçıvanda 3 mart – Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar biotexniki tədbir keçirilib

...

Çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlər keçirilir.

Biotexniki tədbir 3 mart 2025-ci il tarixdə Şərur rayonunun Havuş kəndi yaxınlığındakı dağlıq ərazidə keçirilib.

Əraziyə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən 30 kip qaba yem və 350 kiloqram daşduz dağıdılıb.

Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan nazirlik biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcəkdir.

Nəşr edilib : 03.03.2025 15:48