Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin işt...
19:41 20.11.2026
0
0
0
NAXÇIVAN :
20 Noyabr 2026, Cümə
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Sarayda “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə tədbir keçirilib. “Şərq qapısı” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək günün əhəmiyyətindən ətraflı danışaraq bildirib ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Komitə sədri cari il ərzində dövlət uşaq siyasətinin həyata keçirilməsi sahəsində 111 tədbir, 34 görüş, 9 seminar, 7 təlim, 2 ustad dərsi keçirilmiş, 1 festival, 2 ekskursiya, 1 yay düşərgəsi və 1 yaradıcılıq müsabiqəsi təşkil edilmişdir. Bununla yanaşı, uşaq hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi məqsədilə 68 monitorinq aparılmışdır. Keçirilən tədbirlərdən, ümumilikdə,10342 nəfər yararlanmış, 6291 təbliğat materialı paylanılmış, 1333 nəfər arasında sorğu keçirilmiş, maarifləndirmə məqsədilə 263 poster elan lövhələrində yerləşdirilmişdir. Uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Sonda komitə sədri bütün uşaqları “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və firavan gələcək arzulayıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdir müavini Hüseyn Hacıyev çıxışında bildirib ki, 20 noyabr tarixi bütün dünyada uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və firavan mühitdə böyüməsinə diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasının, onların təhlükəsiz və sağlam mühitdə böyüməsinin, hərtərəfli inkişafı üçün bərabər imkanların yaradılmasının vacibliyini bir daha diqqətə çatdırır. Sonda Hüseyn Hacıyev uşaqları “20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə təbrik edib. Tədbir müddəti ərzində “Fırçanla hüquqlarını bəyan et” rəsm müsabiqəsi keçirilib və münsiflər tərəfindən müsabiqənin qalibləri müəyyənləşib. Həmçinin cari il ərzində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahələrində fərqlənən uşaqlara, həm də “Fırçanla hüquqlarını bəyan et” rəsm müsabiqəsinin qaliblərinə komitə tərəfindən diplom və hədiyyələr təqdim olunub. Daha sonra sosial qayğıya ehtiyacı olan 65 uşağa qış geyimləri verilib. Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qruplarının musiqi nömrələri, 8 nömrəli körpələr evi-uşaq bağçasının və “Happy Kids” ingilis təmayüllü uşaq bağçasının balaca fidanlarının hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib və onlara bayram hədiyyələri təqdim edilib. Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Digər xəbərlər