NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvanda 10 məktəbdə istilik sistemləri yenilənir: Təhsil Nazirliyi tender elan edib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 10 ümumi təhsil müəssisəsində mövcud istilik sistemlərinin kombi ilə əvəz olunması üçün satınalma müsabiqəsi elan edib.
"Şərq qapısı" dövlət satınalmalarının vahid internet portalına əsasən xəbər verir ki, layihə çərçivəsində məktəblərdə köhnə istilik sistemləri söküləcək və onların yerinə müasir kombi sistemləri quraşdırılacaq. Bu addım tədris müəssisələrində enerji səmərəliliyinin artırılması və daha rahat istilik şəraitinin yaradılması məqsədi daşıyır.
Qeyd edək ki, bu, Naxçıvanda son illərdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində atılan ardıcıl addımlardan biridir.

Nəşr edilib : 11.04.2025 09:47