NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvan Texniki Kollecində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Texniki Kollecində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Texniki Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər.                                            Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 26.05.2025 18:46