Dövlət Məşğulluq Agentliyi azad olunmuş rayonlarda...
18:01 21.04.2026
0
0
0
Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Naxçıvan televiziyasının əməkdaşı Məsumə Şirəliyevanı milli mətbuatın 150 illik yubileyi və peşə fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə təltif edib.
Bununla yanaşı, bir qrup jurnalist də ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatların ictimaiyyətə çatdırılması, hərbi-vətənpərvərlik ruhunun təbliği, eləcə də dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqlarına görə döş nişanı və fəxri fərmanla mükafatlandırılıblar. Təltifləri Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov təqdim edib.
Qeyd edək ki, Məsumə Şirəliyeva televiziyada hərbi-vətənpərlik mövzusunda hazırlanan verilişlərin müəllifidir. “Ölümsüzlər”, “Vətənimə xidmət edirəm”, “Cəsur güc”, “Zəfərə gedən yol”, “Gələcəyin peşəkar zabitləri” adlı telelayihələri ilə tamaşaçıların sevgisini qazanıb.
Digər xəbərlər