Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin ...
23:44 19.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Prezident cənab İlham Əliyevin Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərmanı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və digər sahələrində inkişafın sürətlənməsinə və yeni mərhələnin başlamasına güclü təkan verəcək. Yeni parkın yaradılması, bütövlükdə, muxtar respublikada sənayenin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı, dayanıqlı iş yerlərinin yaradılması sayəsində məşğulluğun təmin olunması, əhalinin maddi rifahının yüksəldilməsi və ixracyönlü məhsulların istehsalı baxımından böyük əhəmiyyətə malikdir. Sənaye Parkı həm sənaye məhsullarının istehsalını təşviq edəcək, həm sahibkarlar üçün sərmayə qoyuluşu sahəsində yeni imkanlar yaradacaq, həm də yerli və xarici investisiyaların cəlb olunmasına, əlverişli biznes mühitinin formalaşmasına və rəqabət mühitinin sağlamlaşdırılmasına geniş şərait yaradacaq.
Əlbəttə ki, bu addım Naxçıvanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcıdır. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Zəngəzur dəhlizinin açılmasını zəruri edib ki, bu da Naxçıvan Muxtar Respublikasının tranzit potensialını, ticarət və logistika imkanlarını genişləndirəcək. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra həm Naxçıvanda istehsal olunan sənaye məhsullarının Azərbaycanın digər bölgələrinə göndərilməsi imkanları yaranacaq, həm də praktik olaraq Naxçıvan Muxtar Respublikasının istehsalı olan məhsulların dünya bazarına çıxışı imkanları artacaq. Bu da onu deməyə əsas verir ki, Sənaye Parkının yaradılmasının Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında rolu ilə yanaşı, həmçinin strateji baxımdan da böyük üstünlükləri vardır.
Həmçinin onu da qeyd edim ki, Prezidentin bu Fərmanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə geniş imkanlar yaradacaq və həmçinin proqram əsasında hazırlanan Tədbirlər Planında nəzərdə tutulan bir neçə prioritet istiqamət üzrə mühüm töhfə verəcək.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər