BMT: Azərbaycanın minalarla mübarizəsinin aktuallı...
18:16 07.04.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə daxil olunan vətəndaş şikayətləri əsasında Naxçıvan Şəhər Bələdiyyəsi tərəfindən şəhərin Heydər Əliyev prospekti, Əziz Əliyev və İstiqlal küçələrindəki işıqlandırma sistemlərində təmir-bərpa işləri aparılır. Təmirə ehtiyacı olan lampalar təmir olunur, tamamilə istifadəyə yararsızları isə yeniləri ilə əvəzlənir. Görülən işlər nəticəsində 80-ə yaxın işıq dirəyində təmir işləri görülüb, 25-i yenisi ilə əvəzlənib.
Bələdiyyədən verilən məlumata görə, mərkəzi küçələrdəki işlər başa çatdıqdan sonra şəhər ətrafında da təmir işləri davam etdiriləcək.
Digər xəbərlər