NAXÇIVAN :

14 Mart 2025, Cümə

Naxçıvan şəhərinin bu məhəllələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq

...

110/35/10 kV "Xalçaçılıq" yarımstansiyasından qidalanan 16 №-li 10 kilovoltluq hava elektrik verilişi xətti yeni çəkilən xəttə köçürmə işləri ilə əlaqədər sifarişə əsasən açılacaq. 
"Şərq qapısı" xəbər verir ki, bununla əlaqədar 18 fevral 2025-ci il tarixində saat 11:00-dan 12:00-a qədər Naxçıvan şəhərinin 56 və 58-ci məhəllələrində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaranacaq. 
Köçürmə işləri başa çatdıqdan sonra sözügedən xətt üzərində olan ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 

Nəşr edilib : 17.02.2025 20:25