NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Naxçıvan şəhərində velosiped idman növünün təbliği genişləndirilir

...

"Ekosistemə fayda verək, sağlamlığımızı qoruyaq!"  devizi altında COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar  Naxçıvan şəhərində gənclər və yeniyetmələr arasında velosiped idman növünə olan marağın artırılması məqsədilə təbliğat kompaniyası keçirilib.
Təbliğat kompaniyasının əsas məqsədlərindən biri də 14 yaşdan yuxarı hər kəsin şəxsi velosipedləri ilə qatılması nəzərdə tutulan 7 sentyabr tarixində  baş tutacaq veloyürüşə hazırlıq prosesinin genişləndirilməsidir. Yürüş səhər saat 09:00-da Naxçıvan şəhər Saat Meydanı ərazisində başlayaraq həmin ərazidə yekunlaşması nəzərdə tutulur. Ümumi yürüş məsafəsi 8 min metri əhatə edəcək.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 02.09.2024 12:54