Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
Naxçıvan şəhərində yol-nəqliyyat infrastrukturu yenilənir, magistral və daxili yollar təmir olunur. Naxçıvan şəhəri, 6-cı küçədə sakinlərin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq məqsədilə daxili yollar təmir olunub, asfaltlanma işləri görülüb, yağış sularının ərazidən kənarlaşdırılması və əhalinin suvarmada istifadəsi üçün yol kənarlarında su kanalları çəkilib. Hal-hazırda isə Əliabad qəsəbəsində yol təmiri işləri aparılmaqdadır. Qeyd edək ki, görülən işlərin davamı olaraq ilin sonunadək Naxçıvan şəhər Qaraçuq, Hacıniyyət kəndləri, Səməd Vurğun, Nəcməddin Naxçıvani küçələri, 6-cı məhəllə və digər ərazilərdə də məhəllədaxili yolların təmiri işlərinin aparılması nəzərdə tutulub.
Digər xəbərlər