NAXÇIVAN :

10 Iyul 2026, Cümə

Naxçıvan şəhərində istismar müddətini başa vurmuş avtobus yanıb

...

Naxçıvan şəhərində istismar müddətini başa vurmuş avtobusda yanğın hadisəsi baş verib.

"Şərq qapısı" xəbər verir ki, isti hava şəraiti ilə əlaqədar alovlanan avtobus uzun müddət istismarda olub və istifadədən çıxarılmış nəqliyyat vasitələrindən biri idi.

Qeyd edək ki, həmin avtobus Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2026-cı il 2 mart tarixli müvafiq Sərəncamı ilə ləğv edilmiş Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin balansında olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Nəşr edilib : 10.07.2026 15:11