Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Naxçıvanda “Qorxuya meydan oxu!” sloqanı ilə əlbəyaxa döyüş və özünümüdafiə təlimi olub.
Fevralın 19-u İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan təlimdə könüllü gənclər, o cümlədən bir qrup idmançı iştirak edib.
Tədbirin əvvəlində nazirliyin əməkdaşı Valeh Mahmudov çıxış edərək təmsil etdiyi qurum tərəfindən gənclərin fiziki və intellektual inkişafı, dünyagörüşlərinin zənginləşdirilməsi, yeni bilik, bacarıqlar öyrənməsi və digər istiqamətlərdə həyata keçirilən işlərdən danışıb, təlimlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Təlimçi qismində çıxış edən məşqçi Azərbaycan Respublikasının idman ustası, Avropa çempionu Xəyal Abdullayev idmanın insan həyatındakı önəmindən bəhs edib, rəhbəri olduğu “Turan” Döyüş Klubunun fəaliyyəti və uğurları barədə məlumat verib. Məşqçi idmanla məşğul olmağın insan fiziologiyası və psixologiyasına yüksək fayda verdiyini diqqətə çatdırıb. Əlavə edib ki, stabil və təhlükəsiz mühitdə yaşamağımıza baxmayaraq, əlbəyaxa döyüş və ya özünümüdafiə elementlərini mənimsəmək yerindən və vəziyyətindən asılı olaraq bəzi hallarda həyat sığortası effekti verə bilər.
Təlimçi təkbətək epizodlar zamanı mümkün fiziki hücum cəhdlərini neytrallaşdıran fəndləri gənclərə izah edib və həmin hərəkətlər iştirakçılar arasında praktiki şəkildə icra olunub. Tədbirdə qrepplinq üzrə 17 yaşadək gənclərin sonuncu Avropa çempionatının qalibi Röya Abdullayeva və bürünc medalçı Fidan Paşayevanın timsalında nümunəvi döyüş texnikaları da izlənilib.
Digər xəbərlər