NAXÇIVAN :

11 Mart 2025, Çərşənbə axşamı

Naxçıvan şəhərində baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Qəza zamanı 77-CD-523 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-TA-336 dövlət nömrəli nişanlı "NAZ-Lifan" (taksi) markalı avtomobil toqquşub. Hadisədə taksinin sürücüsü, Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, Babək rayon Hacıvar kənd sakini, 2004-cü il təvəllüdlü Sübhan Abbas Aftandil oğlu  xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 11.03.2025 02:11