Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində "Mercedes” markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.
Yanğın hadisə nəticəsində avtomobilin baqaj hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.
Digər xəbərlər