NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Tumbul kəndində (yolunda) qeydə alınıb. Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgərov Tural Behbud oğlunun idarə etdiyi 75-BL-992 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü T.Əsgərov ciddi xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 15.09.2024 01:03