Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar ümumi uzunluğu 10,3 kilometr olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə, Hacıniyyət kənd avtomobil yolu və uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhər S.Vurğun, N.Naxçıvani, H.Rəhmanov, 58-ci məhəllə istiqamətində əsaslı təmir işləri həyata keçirilir.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, hazırda yolda torpaq işləri görülür, yol əsası möhkəmləndirilir və suötürücü qurğular quraşdırılır. Bu proses yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkət etməsi üçün yola 2 qat asfalt örütüyü salınacaq.
Qeyd edək ki, layihənin sifarişçisi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyidir. İşlər podratçı “Polat Yol Yapı” şirkəti və subpodratçı “Naxproyol” MMC tərəfindən icra olunur.
Digər xəbərlər