NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Naxçıvan şəhər Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evində 4 m² hissəsində yataq dəsti yanıb, 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.
Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Nəşr edilib : 11.04.2025 21:17