NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Naxçıvan şəhər İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası'' mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Naxçıvan şəhər  İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan şəhər  İcra Hakimiyətinin başçısının müavini Gülxanım Orucova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova, Naxçıvan Muxtar Respublikas Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova  və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısını almaq. Bunların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmaq, yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq və yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınması üçün hər bir şəxs hüquqlarını bilməlidir, bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 23.04.2025 17:43